Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olubbackend

Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamız əsasən gənclərdən təşkil olunub.

İnterpress.az Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya seçməsi olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya milliləri olacaq.

Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək.

Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti formalaşıb:

Hücumçular – Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

Blokçular – Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;
Toppaylayıcılar – Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;

Liberolar – Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova;

Baş məşqçi – Faiq Qarayev;

Köməkçi məşqçilər – Famil Ağayev, Emin Əbilov, Sinişa Popek.