Gürcüstanda Marneuli bələdiyyəsinin Qızılhaclı kəndində kənd sakini kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı qazılan çuxura düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, quyuya düşən 57 yaşlarında şəxs qol və ayaq nahiyəsindən ciddi xəsarətlər alıb. Xəsarət alan kənd sakini təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparılıb. Kənd sakinləri su və kanalizasiya borularının çəkildiyi ərazilərdə qazılan çuxurların ətrafının açıq buraxılmasından şikayətlənirlər və aydiyatı qurumlardan bununla bağlı tədbir görülməsini tələb edirlər.