Qovulan tələbə ona pis qiymət verən müəllimə bıçaqla HÜCUM ETDİ – VİDEObackend

Qovulan tələbə ona pis qiymət verən müəllimə bıçaqla HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kollecdən qovulan tələbə ona pis qiymət verən müəllimə bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Xantı-Mansi Muxtar Dairəsində kollecdən qovulan tələbə ona pis qiymət verən müəllimə bıçaqla hücum edib.

22 yaşlı gənc Langepas Politexnik Kollecinin binasına gələrək mühafizə masasını aşıb və ofisə gedib. Orada o, bıçağı çıxararaq informatika müəllimi Valentina Viktorovnaya hücum edib.

Qadın hücum edən şəxslə mübarizə aparıb, onun boynundan tutub kabinetdən qovub. Daha sonra o, saxlanılıb.

Qrup yoldaşlarının dediyinə görə, bir neçə il əvvəl müəllim oğlana pis qiymət verib, buna görə də qovulub.

Xuraman Etibarlı

İnterpress.az