Qreta Tunberq və daha 3 fəal İsraili könüllü tərk etməyə razılaşıblar.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilir ki, isveçli iqlim fəalı Qreta Tunberq də daxil olmaqla “Madlen” gəmisindəki 12 fəaldan 4-ü İsraili könüllü olaraq tərk etmək üçün ərizə imzalayıb.
Sənədi imzalamaqdan imtina edən qalan səkkiz ekipaj üzvü hələ də istintaq təcridxanasındadır.
Eyni zamanda, Yəhudi dövlətinin Daxili İşlər Nazirliyinin rəhbəri Arbel fəalların ölkəyə girişini qadağan edib və əlavə edib:
“İsrail öz sərhədlərində etiraz donanmalarının təxribat yolu ilə suverenliyinin pozulmasına imkan verməyəcək”.
Xuraman Etibarlı
İnterpress.az