Qüdsdə ərəb və yəhudi qarşıdurması olubbackend

Qüdsdə ərəb və yəhudi qarşıdurması olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qüdsdə Dəməşq qapıları yaxınlığında ərəblərlə yəhudilər arasında toqquşma yaşanıb.

Toqquşmada 300 yəhudi aktivist iştirak edib. Onlar “Ərəblərə ölüm” şüarları səsləndiriblər.

Polis toqquşan tərəfləri ayırmağa cəhd etsə də, ərəblər hüquq-mühafizə orqanlarına daş atıblar. Nəticədə polis gözyaşardıcı qazdan istifadə etməli olub.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, insident nəticəsində 105 ərəb yaralanıb, onlardan 22-si xəstəxanaya yerləşdirilib.

Toqquşmalarda 20 polis də xəsarət alıb.

Polis baş verən hadisələrlə əlaqədar 44 nəfərin həbs edildiyini bildirib.

Yəhudilərlə ərəblərin toqquşmasından az sonra Şərqi Qüdsdə yəhudi sürücüyə hücum edilib. O, qaçmaq istəyəndə ələ keçirilərək döyülüb.

 

 

İnterpress.az