Kalininqradda qulaqlarını və burnunu kəsib üzünə döymə vurduran gənc peşman olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Kalininqrad şəhərində yaşayan Aleksey adlı gənc vaxtilə etdiyi radikal bədən dəyişikliklərinə görə peşman olub.
O, başını və üzünü tamamilə döymələrlə (tatu) örtüb, çoxsaylı pirsinqlər etdirib, hətta qulaqlarını və burnunu kəsdirib. Lakin yaşa dolduqdan sonra əvvəlki xarici görünüşünü geri qaytarmaq qərarına gəlib.
Hazırda küçədə yaşayan Alekseyi qeyri-adi xarici görünüşünə görə heç poçtalyon kimi də işə qəbul etmirlər.
Ötən ilin avqust ayından etibarən onun bədənindəki piqmentlərin lazerlə silinməsi prosesinə başlanılıb. İndiyədək gəncin keçmiş sevgililərinin adları, başındakı zirehli nəqliyyat vasitəsi (BTR) təsviri və üzünün müəyyən hissələrindəki döymələr təmizlənib.
Müalicənin əsas məqsədi gəncin bədənini və üzünü tatulardan tamamilə təmizləməkdir.
Xuraman Etibarlı
İnterpress.az






