Qvatemalada güclü yağışlardan sonra baş verən daşqın nəticəsində 6 nəfərin öldüyü, 12 nəfərin itkin düşdüyü bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qvatemala Fəlakətlərin Azaldılması Milli Koordinasiyasının (CONRED) verdiyi açıqlamada seldə 1-i uşaq olmaqla 6 nəfərin öldüyü, aralarında uşaqların da olduğu 12 nəfərin itkin düşdüyü bildirilib.
Mətbuat konfransında danışan Qvatemala rəsmiləri bölgədəki bəzi evlərin daşqından təsirləndiyini ifadə edərək, daha əvvəl də daşqın təhlükəsi ilə bağlı ictimaiyyətə xəbərdarlıq edildiyi məlumatını paylaşıblar.
Yanğınsöndürənlər itkin düşənlərin axtarış-xilasetmə işlərinə başlanılacağını qeyd ediblər.