Volqoqradda “Ana Vətən” abidəsinin başında kişi meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bi barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Moskva Akademiyasının rektorunun meyiti Volqoqradda “Ana Vətən” abidəsinin başında tapılıb.
Onların sözlərinə görə, mərhum abidənin ərazisində keçirilən ekskursiya iştirakçısı olub.
Onun meyiti abidənin başında tapılıb, orada taxta döşəməli kiçik otaq və skamya var ki, lyuk vasitəsilə girmək olar .
Ölümün dəqiq səbəbi hələlik məlum deyil, ilkin məlumata görə, ölən şəxs büdrəyib yıxılmış ola bilər.
Mərhum Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, 68 yaşlı Nikolay Çesnokovdur. O, qanunsuz ekskursiya zamanı abidənin başında yıxıla bilərdi.
Xuraman Etibarlı
İnterpress.az