Reperin DƏHŞƏTLİ ÖLÜMÜ: Soyuducuda gizlədilən cəsəd işi üzrə HÖKM OXUNDU – FOTO/VİDEO(18+)backend

Reperin DƏHŞƏTLİ ÖLÜMÜ: Soyuducuda gizlədilən cəsəd işi üzrə HÖKM OXUNDU – FOTO/VİDEO(18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reper Endinin qətlində təqsirləndirilən Marina Koxal 12,5 il müddətinə məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

2020-ci ildə Sankt-Peterburqda reper Endinin (Alexander Yuşko) dəhşətli şəkildə qətlə yetirilməsi işi üzrə hökm elan edilib.

Məhkəmə onun həyat yoldaşı Marina Koxalı 12,5 il ümumi rejimli koloniya cəzasına məhkum edib.

Cinayət işi illərlə ekspertizalarda ilişib qalmışdı. O dövrdə Endinin cəsədi hissələrə bölünmüş, paketlərə yığılaraq soyuducuya yerləşdirilmişdi.

Bəzi orqanların isə paltaryuyan maşında yuyulduğu müəyyən edilmişdi. Koxal əvvəlcə ərinin narkotikdən öldüyünü iddia etsə də, istintaq bunu təsdiqləməyib.

Məhkəmədə Marina Koxal özünü təqsirli bilmədiyini deyib və cəsədi gizlətməsini “axmaqlıq” adlandırıb.

Buna baxmayaraq, toplanan sübutlar onu qətldə təqsirli çıxarmağa kifayət edib.

Xuraman Etibarlı

İnterpress.az