Restoran və kafelərdə yerində xidmət hansı saatlarda olacağı açıqlanıbbackend

Restoran və kafelərdə yerində xidmət hansı saatlarda olacağı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların işləmə qaydası məlum olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ictimai iaşə obtyektlərində müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçiriləcək.

Qərara əsasən, qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilib.

 

İnterpress.az