ABŞ rəsmiləri HƏMAS tərəfindən girov götürülən insanların azad edilməsi üçün fəal səylər göstərir, lakin uğura zəmanət yoxdur.
İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin administrasiyasının yüksəkranqlı nümayəndəsi deyib.
O qeyd edib ki, Qəzza zolağından girov götürülənlərin çıxarılması üçün “dolayı əlaqə” aparılır, lakin “bu iş olduqca çətindir”.
Onun sözlərinə görə, sözügedən şəxslərin azad edilməsi “münaqişədə çox əhəmiyyətli fasilə” tələb edəcək.