“Reuters”: Səudiyyə Ərəbistanı İrana Trampla nüvə sazişi bağlamaq zərurəti barədə xəbərdarlıq edibbackend

“Reuters”: Səudiyyə Ərəbistanı İrana Trampla nüvə sazişi bağlamaq zərurəti barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Krallığı İrana Trampla nüvə sazişi bağlamaq zərurəti barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Fars körfəzi ölkələrindəki hökumət dairələrinə yaxın mənbələrə və iki İran rəsmisinə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman keçən ay İran rəsmilərinə mesaj göndərərək, onları Trampın nüvə sazişi təklifini “ciddi qəbul etməyə” çağırıb.

O, bunun İsraillə hərbi qarşıdurmanın və regionda qeyri-sabitliyin artmasının qarşısını almağa kömək edəcəyini bildirib.

Qeyd olunur ki, o, ötən ay Tehrana səfər edib və bu bəyanatları Ali Rəhbər Xamenei ilə görüşü zamanı verib.

Bin Salman İranı əmin edib ki, Vaşinqtonu təhrik edə biləcək hərəkətlərdən çəkinərsə, ölkəsi İsrailin İslam Respublikasına qarşı hava məkanından istifadəsinə icazə verməyəcək.

Xuraman Etibarlı

İnterpress.az