Rus səfir: Rus əsgərləri Zəngəzura yerləşdirildi     backend

Rus səfir: Rus əsgərləri Zəngəzura yerləşdirildi     

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədlərinə yerləşdirilməsi ilə bağlı əhəmiyyətli müzakirələrin aparıldığını bildirib.

 

Bu barədə o, erməni mediasına açıqlamasında deyib.

Səfir qeyd edib ki, rus sərhədçiləri artıq Zəngəzurdadır:

“Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhəd hissələrində vəziyyətin sakit və sabit olmasına kömək üçün ərazilərə yerləşdiriliblər”.

Sərhədçilərin Geqarkunik də daxil olmaqla, bütün sərhəd boyunca yerləşdirilməsinə gəlincə, Kopırkin bildirib ki, məsələ müzakirə olunur:

“Bu mövzuda praktik baxımdan əsaslı müzakirə və məsləhətləşmələr aparılır. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizliyi, sərhəddə sabitliyin təmin edilməsi və üçtərəfli formatda əldə olunmuş razılaşmaların həyata keçirilməsi maraqları ilə müəyyənləşdiriləcək”.

Qeyd edək ki, bundan əvvəl Geqarkunik valisi Qnel Sanosyan rus hərbçilərinin Geqarkunikdən Zəngəzura qədər yerləşməsi üçün üçtərəfli danışıqların aparıldığını açıqlayıb.

 

İNTERPRESS.AZ