Rusiya bu ölkəyə yeni səfir təyin etdibackend

Rusiya bu ölkəyə yeni səfir təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Rudakovu ölkənin Livandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

İnterpress.az-ın məlumatına görə, bu barədə müvafiq fərman imzalanıb.

Digər fərmanla Aleksandr Zasıpkin Rusiyanın Livandakı səfiri vəzifəsindən azad edilib.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrut limanında güclü partlayış baş vermişdi. Partlayış nəticəsində 170-dən çox şəxs həlak olmuş, 5 mindən çox şəxs yaralanmışdı.

 

İnterpress.az