Rusiya daha bir mötəbər tədbirə çağırılmayıb: “Dəvətə layiq deyil”backend

Rusiya daha bir mötəbər tədbirə çağırılmayıb: “Dəvətə layiq deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya rəsmiləri 2023-cü ildə keçiriləcək Münxen Təhlükəsizlik Konfransına dəvət olunmayıb.

“Report” xəbər verir ki, bunu konfransın sədri Kristof Hoysgen “Reuters”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüququ pozan ölkə konfransa dəvətə layiq deyil.

“Biz beynəlxalq hüququ pozanlara çıxış üçün platforma vermək istəmirik”, – Münxen təşkilatının sədri bildirib.

Tədbirin fevralın 17-18-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, noyabrın 21-də Kristof Heusgen Rusiyanın gələcəyini onlarla müzakirə etmək üçün Rusiya müxalifətinin nümayəndələrini konfransa dəvət etmək istədiyini açıqlamışdı.

2022-ci il dekabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi Münxen Konfransına marağı itirdiyini bildirmişdi. Nazirlik açıqlamışdı ki, son illər konfrans “sırf transatlantik foruma çevrilib, inklüzivliyini, obyektivliyini və bərabər məsafəliliyini itirib”.

Qeyd edək ki, bundan öncə Rusiya tərəfi daha bir mötəbər tədbirə – Davos Dünya İqtisadi Forumuna dəvət olunmamışdı.