Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə qarışmamağa çağırıbbackend

Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağla bağlı vəziyyət son dərəcə təhlükəlidir, genişmiqyaslı hərbi qarşıdurmaya çevrilmək ehtimalı yüksəkdir”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Bütün qlobal məsul qüvvələri bu münaqişəyə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq, beynəlxalq ictimaiyyətin döyüş əməliyyatlarına son qoymağın və ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtmağın qeyd-şərtsiz prioritet xəttini dəstəkləyirik”, – o bildirib.

V.Matviyenko Rusiyanın parlament yolu ilə də daxil olmaqla, münaqişənin sülh yolu ilə həll edilməsi üçün mümkün olan hər cür yardımı edəcəyini vurğulayıb.

İnterpress.az