Rusiya helikopteri Hokkaydo yaxınlığında Yaponiyanın hava məkanını pozubbackend

Rusiya helikopteri Hokkaydo yaxınlığında Yaponiyanın hava məkanını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya helikopteri Yaponiyanın şimalındakı Hokkaydo adasının sahillərində milli hava məkanını pozub. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, Rusiya helikopteri Hokkaydonun şərqindəki Nemuro yarımadası yaxınlığında Yaponiyanın milli hava məkanına daxil olub.

Hava məkanının pozulmasından sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri müdaxilə uçuşu həyata keçirib.

Yaponiya hökuməti hava məkanının pozulması ilə bağlı diplomatik kanallar vasitəsilə Moskva administrasiyasına etiraz notası göndərib.

Analoji hava məkanı pozuntusu sonuncu dəfə 2022-ci ilin martında, Rusiyanın Ukraynaya hücumları başladıqdan sonra baş verib.