Rusiya ilə danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin iki üzvü QAÇDIbackend

Rusiya ilə danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin iki üzvü QAÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin iki üzvü qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə keçmiş rus kəşfiyyatçı, istefada olan polkovnik Anatoli Matviyçuk bildirib.

Ukrayna nümayəndə heyətinin iki üzvü İstanbulda Rusiya ilə danışıqlardan sonra qaçıb. Anatoli Matviyçuk onların Bolqarıstan vasitəsilə tranzitlə Almaniya və ya Fransaya gedəcəklərinə inanır.

“Bu, şübhəsiz ki, Kiyevdə işlərin pis olduğunun göstəricisidir. Bu insanlar bu dünyanın qüdrətli dairələrinin bir hissəsi idilər. Ölkə rəhbərliyində və ölkənin özündə bütün vəziyyəti görərək, getmələrinin daha yaxşı olduğuna qərar verdilər”, – Matviyçuk qeyd edib.

Onun fikrincə, qaçan ukraynalı diplomatlar Bolqarıstan vasitəsilə Almaniya və ya Fransaya gedəcəklər.

Xatırladaq ki, Türkiyə mətbuatı Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin tərcüməçisi Oleq Qolovkonun qaçdığı barədə məlumat yayıb.

O, fasilə zamanı yoxa çıxıb və Ukrayna tərəfi təcili olaraq yeni tərcüməçi axtarmalı olub.

Sonradan məlum olub ki, Samoylenkonun katibinin köməkçisi də qaçıb. İlkin məlumata görə, hər ikisi Bolqarıstana gedib.

Xuraman Etibarlı

İnterpress.az