Rusiya Qolan təpələrilə bağlı İsrailə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Rusiya İsrailə xəbərdarlıq edib ki, Qolan təpələrinin İsrail ordusu tərəfindən ilhaqı qəbuledilməzdir.
“Mən Qərbi Qüdsdəki bəzi “qaynar başları” fürsətlərdən sərxoş olmaqdan çəkindirmək istərdim. Və onlara xatırladın ki, başqa şeylərlə yanaşı, indi çoxlarının danışdığı Qolan təpələrinin ilhaqı qəti şəkildə qəbuledilməzdir”, – o vurğulayıb.
Ryabkovun fikrincə, Suriyada indiki şəraitdə İsrail bu ölkə ilə 1974-cü il müqaviləsinin icrasına qayıtmalıdır.
Xuraman Etibarlı
İnterpress.az