Rusiya Kəlbəcərə 145 ton yük göndərdibackend

Rusiya Kəlbəcərə 145 ton yük göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiya sülhməramlıları Kəlbəcərə 145 ton humanitar yükün çatdırılmasını təmin edib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün “KamAZ” markalı 15 hərbi yük maşınından və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin 12-ci karvanı Suqovuşan – Kəlbəcər marşrutu üzrə hərəkət edərək 145 ton yükü Kəlbəcər rayonuna çatdırıb.

Yük enerji təchizatı sistemlərinin bərpası üçün qida, tikinti materialları və elektrik avadanlıqları, tikinti avadanlığı və digər materiallardan ibarət olub”, – məlumatda bildirilib.

Nazirlik ümumilikdə 2100 tondan çox yük daşındığını açıqlayıb:

“Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib”.

 

 

İnterpress.az