Rusiya miqrantların uşaqları üçün ayrıca rus dili dərsliyi nəşr etməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiyada miqrantlar uşaqlar üçün ayrıca rus dili dərsliyi nəşr olunacaq.
“Aprelin 1-dən Təhsil Nazirliyinin məlumatına görə, miqrantlar rus məktəblərinə qəbul üçün 1762 ərizə veriblər. Lakin yalnız 335 halda onların Rusiyada qanuni olmalarını sübut etmək üçün lazımi sənədlər toplanıb. Rus dili imtahanına buraxılanların 60-70 faizi imtahandan keçə bilib”, – məlumatda deyilir.
Təhsil nazirinin müavini Olqa Koludarova bildirib ki, bu uşaqlar əlavə rus dili kurslarına göndəriləcək.
“Eyni zamanda, bəzi bölgələrdə rayon büdcəsi hesabına təlim pulsuz olacaq. Miqrant uşaqlarla işləmək üçün müəllimlər üçün əlavə təlim proqramı hazırlanacaq.
Miqrant uşaqlar üçün yeni rus dili dərsliyi də hazırlanacaq”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az