Rusiya miqrasiya siyasətinin aspektlərinə yenidən baxacaq.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
2025-ci ildə Rusiya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün miqrasiya siyasətinin aspektlərinə yenidən baxacaq.
Hazırda bu sahədə qanunvericilik bazası təkmilləşdirilir və daha sonra Təhlükəsizlik Şurası 2030-cu ilə qədər uzadılmış Dövlət Miqrasiya Siyasətinin yenilənmiş Konsepsiyasına baxacaq.
Xuraman Etibarlı
İnterpress.az