Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişinin təminatı departamentinin aparıcı məsləhətçisi Aleksandr Lopatini ev dustaqlığına buraxıb.
Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ev dustaqlığının müddəti 2022-ci il fevralın 7-dək müəyyən edilib.
A.Lopatin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.