Rusiya neft hasilatını 20–30 %, başqa sözlə, gündə 7–8 milyon barrelə qədər azaltmalıdır.
Bu təklifi “Lukoil” neft şirkətinin həmsahibi və vitse-prezidenti Leonid Fedun irəli sürüb.
“Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir? Əgər biz 7–8 milyon barel i səmərəli şəkildə istehlak edib dövlət büdcəsinə, daxili istehlaka və idxala zərər vermədən ixrac edə biliriksə”.
L.Fedun əmindir ki, xam neftin 10 milyon barelini 50 ABŞ dollara yox, 7 milyon barelini 80 ABŞ dollara satmaq daha sərfəlidir:
“30 %, hətta bəzən 40 % endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixracatı saxlamağa çalışmalıyıqmı?”
Onun fikrincə, Rusiya neftinə qoyulan embarqo məsələsi altında alıcılar tariflərin tənzimlənməsi alətlərindən istifadə edərək bu endirimləri “institusionallaşdırmağa” çalışacaqlar.