Rusiya ötən gecə Ukraynanın 6 hərbi obyektini vurubbackend

Rusiya ötən gecə Ukraynanın 6 hərbi obyektini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ötən gecə ərzində yüksək dəqiqlikli havadan buraxılan raketlərlə Ukraynanın 6 hərbi obyektini vurub.

İnterpress.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Xarkov vilayətinin Barvenkovo və Novoya Dmitrovka rayonlarında üç dayaq məntəqəsi, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazilər, həmçinin üç silah-sursat anbarı məhv edilib.

“Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası Ukraynanın 56 hərbi obyektini vurub. Nəticəsə iki komanda məntəqəsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 53 ərazi, o cümlədən Novaya Dmitrovka yaşayış məntəqəsi yaxınlığında yerləşən yanacaq anbarı, 160-a qədər şəxsi heyət, həmçinin 23 zirehli texnika, artilleriya qurğusu və texnika məhv edilib.

Gecə ərzində raket qoşunları Ukraynadakı hərbi obyektlərə 19 zərbə endirib. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin 81-ci Desant Hücum Briqadası və 110-cu Ərazi Müdafiə Briqadası da daxil olmaqla millətçilərin dörd komanda məntəqəsi və üç sursat anbarı, canlı qüvvənin cəmləşdiyi 21 ərazi, 240-dan çox şəxsi heyət, həmçinin 28 zirehli texnika, artilleriya qurğusu məhv edilib.

Artilleriya bölmələri sutka ərzində 967 atəş tapşırığını yerinə yetirib. Nəticədə düşmənin 33 komanda məntəqəsi, 929 dayaq məntəqəsi, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazilər, həmçinin raket və artilleriya silahları və sursatlarının beş anbarı məhv edilib.

Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Mejurini, Balakleya, Borodoyarkoe, Nevskoe, habelə Xerson vilayətinin Vysokoe və Çernobayevka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub. Bundan əlavə, Pantsir-S zenit-raket və silah sistemi Çernobayevka ərazisində havada olan Ukraynaya məxsus “Toçka-U” raketini və reaktiv yaylım atəş sisteminin 18 mərmisini vurub”, deyə Rusiya MN sözşüsü qeyd edib.

Konaşenkov xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 141 təyyarə, 110 helikopter, 566 pilotsuz uçuş aparatı, 265 zenit-raket kompleksi, 2526 tank və digər zirehli döyüş texnikası, 283 reaktiv yaylım atəşi sistemi, 1096 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2362 ədəd xüsusi təyinatlı hərbi texnikasının məhv edildiyini açıqlayıb.