Rusiya qadağan edilmiş minalardan istifadə edibbackend

Rusiya qadağan edilmiş minalardan istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynanın Xarkov regionunun şərqində piyada əleyhinə qadağan edilmiş “POM-3” (Medallion) minalarından istifadə edib”.

İnterpress.az-ın məlumatına görə, bu barədə “Human Rights Watch” məlumat yayıb. Bildirilib ki, minalar martın 28-də Ukraynanın partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu tərəfindən aşkarlanıb.

“Rusiyanın 16 metr radiusda insanları fərq qoymadan öldürə və ya yaralaya bilən yeni yerləşdirilmiş bu minalara malik olduğu məlumdur”, – deyə HRW-nin məlumatında qeyd olunub.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri bu minalara, eləcə də onların daşınması sistemlərinə malik deyil.

Əlavə olunub istifadə edilən model Rusiyanın yeni inkişaf etdirdiyi “POM-3” minalarının yeni versiyasıdır. Seysmik sensorlarla təchiz edilən bu minalar insanların yaxınlaşmasını müəyyənləşdirərək havada partlayır. Nəticədə minadan ayrılan qəlpələr 16 metr radiusda ölümcül təsir yarada bilir.

Qeyd edək ki, bu tip minalardan istifadə 1997-ci ildə imzalanan minaların qadağan edilməsi haqqında Ottava Razılaşması ilə qadağan edilib. Həm Rusiya, həm də Ukrayna həmin razılaşmanı imzalayan ölkələr arasındadır. (apa)