Rusiya “Şahed”inin içərisində yeni idarəetmə sisteminin təlimatları olan qeyd TAPILDIbackend

Rusiya “Şahed”inin içərisində yeni idarəetmə sisteminin təlimatları olan qeyd TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya pilotsuz uçan aparatında Telegram vasitəsilə yeni idarəetmə sisteminin təlimatları olan qeyd tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Ukraynalı mühəndislər vurulmuş Rusiya “Şahed” pilotsuz uçan aparatının içərisində, güman ki, simpatik bir rus mühəndisin buraxdığı qeyd tapıblar.

“O, yeni idarəetmə sxemini təsvir edir: pilotsuz uçuş aparatları indi real vaxt rejimində uçuş məlumatlarını və video siqnalı operatora ötürən Telegram botları vasitəsilə idarə olunur”, – nəşr yazır.

Bundan əlavə, məlum olub ki, yeni “Şahed”lər elektron müharibə sistemləri qarşısında faktiki olaraq toxunulmaz hala düşüblər.

Onlar artıq GPS-dən asılı deyil, süni intellektlə idarə olunur və Ukraynanın mobil şəbəkələrinə qoşulurlar.

Xuraman Etibarlı

İnterpress.az