Rusiya Tanzaniya, Seneqal, Əlcəzair və Misirdə liman YARADACAQbackend

Rusiya Tanzaniya, Seneqal, Əlcəzair və Misirdə liman YARADACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Tanzaniya, Seneqal, Əlcəzair və Misirdə limanlar yaradacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Roman Çekuşov məlumat verib.

Rusiya Federasiyası Afrika ölkələri, xüsusən Tanzaniya, Seneqal, Əlcəzair və Misirlə “yerli malların axınını təşkil etmək üçün” limanların yaradılmasını nəzərdən keçirir.

“Bizi şərq tərəfdən giriş maraqlandırır. Bunlar ilk növbədə Tanzaniya kimi ölkələrdir.

Bizi qərb tərəfdən də giriş maraqlandırır. Biz qərblə, ilk növbədə, Rusiya Federasiyasından ən çox yük daşıma həcminin məlum olduğu və Rusiya məhsullarını tanıdığı Seneqalla işləyirik. Ona görə də bu, olduqca məntiqlidir”, – o qeyd edib.

Çekuşovun sözlərinə görə, şimal hissədə 2 əsas məqam – Əlcəzair və Misir nəzərdən keçirilir.

Xuraman Etibarlı

İnterpress.az