Rusiya telekanallarının yayımı dayandırıldıbackend

Rusiya telekanallarının yayımı dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda və Türkmənistanda Rusiyanın bir sıra böyük televiziya kanalları efirdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, beynəlxalq peyk provayderləri Ukraynaya əsassız hücumla bağlı Rusiyaya sanksiyalar çərçivəsində siqnalın ötürülməsini dayandırıblar.

Türkmənistanın ən böyük kommunikasiya operatoru – Aşqabad Şəhər Telefon Şəbəkəsi (ASTU) həftəsonu bildirib ki, Rusiya Müdafiə Nazirliyinin telekanalı olan “Zvezda”nın və “Rossiya 1”-in yayımını bərpa etməyə çalışır.

Ölkədə Rusiyanın digər telekanalları göstərir. Bu ölkədə Rusiya telekanalları kabel və IP-televiziya ilə yayımlanır.

Qırğızıstanda isə Aknet yerli TV provayderi bildirib ki, Rusiyanın “Zvezda”, “Rossiya 24”, “Rossiya Kultura” telekanalları mayın 27-dən göstərmir, səbəb bir sıra ölkələrin Rusiyanın bütün TV kanallarının yayımını məhdudlaşdırmasıdır”.

Provayder kanalların ehtiyat yayımı üzərində işlədiyini bildirib.

Xatırladaq ki, bir sıra ölkələr Rusiyanın Dövlət Televiziya və Radio Korporasiyasına (VGTRK) qarşı sanksiyalar elan edib, bu media holdinqinin Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsini, Kremlin münaqişəylə bağlı mövqeyinin əsaslandırılmasında böyük rol oynadığı bildirilib.