Rusiya Türkiyədən gətirilən çəyirdəkli meyvələrin idxalını MƏHDUDLAŞDIRDIbackend

Rusiya Türkiyədən gətirilən çəyirdəkli meyvələrin idxalını MƏHDUDLAŞDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Türkiyədən şaftalı, gilas, ərik və gavalı idxalını məhdudlaşdırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya Türkiyədən şaftalı, gilas, ərik, gavalı və digər çəyirdəkli meyvələrin idxalına məhdudiyyət tətbiq edib.

Məhdudiyyət qərarının ölkənin fitosanitar nəzarət qurumu tərəfindən qəbul edildiyi bildirilir.

Məlumata görə, bu qərarın qəbul edilməsinə səbəb Türkiyədən idxal olunan meyvə partiyalarında təhlükəli karantin zərərvericilərinin aşkarlanması olub.

Rusiya tərəfi daxili bazarı və kənd təsərrüfatını qorumaq məqsədilə fitosanitar tələblərə cavab verməyən məhsulların ölkəyə daxil olmasına icazə verilməyəcəyini və yoxlamaların daha da sərtləşdiriləcəyini bəyan edib.

Xuraman Etibarlı

İnterpress.аz