Rusiya və Fransa Zəngəzurda konsulluq açmağı müzakirə edir – Ermənistan XİNbackend

Rusiya və Fransa Zəngəzurda konsulluq açmağı müzakirə edir – Ermənistan XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Fransa Sünikdə (Zəngəzur – red.) konsulluqlarının açılmasını müzakirə edir.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyi Sünikdə (Zəngəzur – red.) Rusiya və Fransa konsulluqlarının açılması ətrafında müzakirələrin davam etdiyini bildirib.

Civilnet agentliyi Fransanın Ermənistandakı səfirliyinə konsulluğun açılma vaxtı ilə bağlı sorğu göndərib.

Orada Fransanın Gorusda ümumi deyil, fəxri konsulluq açmağı planlaşdırdığını və açılışın “yaxın gələcəkdə” baş tutacağını qeyd ediblər.

Xuraman Etibarlı

İnterpress.az