Rusiya və Qırğızıstan arasında 2026-2030-cu illər üçün hərbi sahədə Strateji Tərəfdaşlıq Proqramı təsdiq edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya və Qırğızıstan Müdafiə nazirliklərinin rəhbərləri arasında Moskvada keçirilən danışıqlardan sonra 2026-2030-cu illər üçün hərbi sahədə Strateji Tərəfdaşlıq Proqramı təsdiq edilib.
Görüş zamanı Belousov və Mukambetov ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini də müzakirə ediblər və ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd ediblər.
Xuraman Etibarlı
İnterpress.az