Qırğızıstan Rusiyanın respublikadakı rus biznesinə təzyiqlə bağlı narahatlığını tam başa düşür və vəziyyəti müzakirə etməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Aleksandr Sternik “Valday” Diskussiya Klubunun V Mərkəzi Asiya Konfransı çərçivəsində deyib.
Xatırıadaq ki, yanvarın 31-də Rusiyanın baş naziri Mixail Mişustin qırğızıstanlı həmkarı Adılbek Kasıməliyevlə görüşündə Qırğızıstan dövlət qurumlarının Rusiya şirkətlərinə qarşı təzyiqlərinə və əsassız iddialarına son qoyulmasını tələb edib.
Qırğızıstanın yeni baş naziri öz növbəsində bu vəziyyətə baxacağına söz verib.
Xuraman Etibarlı
İnterpress.az