Rusiyanın Soçi dağlarında 11 nəfərlik turist qrupu itkin düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Səyyahlar Esto-Sadok şəhərciyindən yola çıxaraq 2320 m yüksəklikdə yerləşən gölə tərəf hərəkət ediblər. Bundan sonra turistlərdən hər hansısa məlumat almaq mümkün olmayıb. İtkin düşən 11 nəfərdən səkkizi 9-16 yaş arasındadır.
Xilasedicilər gölün ətrafına cəlb olunsalar da, əməliyyat heç bir nəticə verməyib.
Hazırda itkin düşən turistlərin axtarışları davam etdirilir.
İnterpress.az






