Balaşixada avtomobilin partlaması nəticəsində bir nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Hadisə Nesterov bulvarında yerləşən evin yaxınlığında baş verib.
Partlayış dalğası o qədər güclü olub ki, qurbanın cəsədi girişə doğru atılıb.
İlkin məlumata görə, avtomobilin içərisində əldəqayırma partlayıcı qurğu işə düşmüş ola bilər.