Rusiyada delfinlərin kütləvi ölümü qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Delfa” xilasetmə mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, Krasnodar diyarında neft sızmasından sonra delfinlərin kütləvi şəkildə ölümüı qeydə alınıb.
Təşkilat qeyd edir ki, bu, regionda olduqca nadir hallarda baş verir və vəziyyət çox təhlükəlidir.
Ölümün dəqiq səbəbləri müəyyənləşdirilir. Dekabrın 15-dən 22-dək 10 azovkanın ölümü qeydə alınıb, buna səbəb mazut dağılması ola bilər.
Təbii Sərvətlər Nazirliyinin rəhbəri isə bildirib ki, Qara dəniz sahillərində çirklənmiş torpaq daha da böyüyə bilər – 200 min tona qədər. İndi həcm 14 mindir.
Xuraman Etibarlı
İnterpress.az