Rusiyada iki məktəbli helikopteri yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, 13 və 14 yaşlı iki yeniyetmə Noyabrsk hava limanında helikopter meydançasına çıxıb, bundan sonra orada dayanan Mi-8 helikopterini yanar maye ilə səpərək yandırıblar.
Uşaqlar hadisə yerindən qaçıblar, lakin bir saat keçməmiş saxlanılıblar.
Mayeni yandırmaq istəyərkən partlayış baş verib və cinayətkarların üzləri yanıb. Hava limanından çıxarkən təcili yardım çağırmalı olublar.
Həkimlər yanğın törədənləri xəstəxanaya aparıblar. Helikopter demək olar ki, tamamilə yanıb, yalnız quyruğu qalıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət zamanı məktəblilər “işlərinə” görə onlara 5 milyon rubl vəd edildiyini bildiriblər.
Uşaqlar bir neçə gün əvvəl mobil telefon qülləsini yandırdıqlarını da etiraf ediblər. Bunun üçün onlar 30 min rubl alıblar.
Xuraman Etibarlı
İnterpress.az