Rusiyada miqrantlara kömək edən 9 nəfər SAXLANILDIbackend

Rusiyada miqrantlara kömək edən 9 nəfər SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda miqrantlara kömək edən 9 nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Yekaterinburqda Rusiya Federasiyasına “qeyri-qanuni miqrasiyanı təşkil edən mütəşəkkil cinayətkar qrupun” 9 üzvü saxlanılıb.

Təqsirləndirilən şəxslərə qarşı cinayət işi açılıb, onları 15 ilə qədər həbs gözləyir.

İstintaq Komitəsinin məlumatına görə, ötən ilin payızında Orta Asiya respublikasından olan 41 yaşlı şəxs miqrantlar, Rusiya vətəndaşları və rus dili imtahanlarının keçirildiyi tədris mərkəzinin direktorundan ibarət qrup yaradıb.

Mərkəzin direktoru Natalya Kovaleva istintaq təcridxanasına göndərilib.

İstintaqın məlumatına görə, Kovaleva 9 nəfərlik qrupun tərkibində olub. Onlar əcnəbiləri axtarır və rus dili imtahanlarını uğurla vermələrinə kömək ediblər.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Kovaleva miqrantlara əvvəlcədən cavabları verib və bunun üçün rüşvət alıb.

Xuraman Etibarlı

İnterpress.az