Rusiyada MÖCÜZƏ: Yeddinci mərtəbədən düşən hamilə qadın SAĞ QALDI – VİDEObackend

Rusiyada MÖCÜZƏ: Yeddinci mərtəbədən düşən hamilə qadın SAĞ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladivostokda yeddinci mərtəbədən düşən hamilə qadın sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Vladivostok şəhərində möcüzəvi hadisə baş verib. Primorsk diyarı Səhiyyə Nazirliyinin məlumatına görə, yaşayış binasının yeddinci mərtəbəsindən yıxılan hamilə qadın ciddi xəsarət almadan sağ qalıb.

Tibb mütəxəssisləri bu cür yüksəklikdən yıxılaraq yalnız yüngül əziklərlə canını qurtarmağın və eyni zamanda bətndəki körpəni qoruyub saxlamağın tibb praktikasında son dərəcə nadir və müstəsna bir hal olduğunu bildiriblər.

Zərərçəkmiş qadın hadisənin necə baş verdiyini danışıb. O, gecə saatlarında yuxusunun qaçdığını və pəncərəni silmək istəyərkən ayağının sürüşdüyünü, nəticədə arxasıüstə yeddinci mərtəbədən yerə yıxıldığını bildirib.

Hazırda ana və gələcək körpənin səhhəti həkimlərin ciddi nəzarəti altındadır.

Xuraman Etibarlı

İnterpress.az