Rusiyada partlayışda ölənlərin sayı 7-ə çatıbbackend

Rusiyada partlayışda ölənlərin sayı 7-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7-ə yüksəlib.

Bu barədə regionun qubernatoru Valeri Limarenko bildirib.

07:40

Rusiyanın Saxalin adasının Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayışa məişət qazı səbəb olub.

Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.

06:44

Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış evində qaz partlayışı olub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

FHN-in məlumatına görə, dağıntılar altında 6 nəfər qalmış ola bilər.