Rusiyada Telegram-ın sürətini azaltmaq və ya tamamilə bloklamaq təklif edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İqtisadiyyatın İnkişafı Fondu bildirib.
Fond Şurasının rəhbəri German Klimenko hesab edir ki, bu yolla ruslar yerli messencerə daha tez keçəcəklər.
“Gec-tez hamı ora keçəcək. Söhbət keçidin sürətindən gedir. Məcburi sürətli və ya sakitcə yavaş-yavaş”, – Klimenko deyib.
Xuraman Etibarlı
İnterpress.az