Rusiyada uşaqların olduğu mikroavtobus 3 minik maşını ilə TOQQUŞDU – VİDEObackend

Rusiyada uşaqların olduğu mikroavtobus 3 minik maşını ilə TOQQUŞDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Noginsk yaxınlığında uşaqların olduğu mikroavtobus qəzaya uğrayıb və aşıb.

İnterpress.az xəbər verir ki, ilkin məlumata görə, avtobus 3 minik avtomobili ilə toqquşub. Bir neçə nəfər, o cümlədən uşaqlar yaralanıb.

Ümumilikdə, azı bir uşaq da daxil olmaqla, azı 7 nəfər yaralanıb.

Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Bir neçə təcili yardım maşını da yoldadır və helikopter göndərilib.

Magistral yolun özündə böyük tıxac yaranıb.

Xuraman Etibarlı

İnterpress.az