Rusiyada “yeni rus üslubu” hazırlanır.
İnterpress.az xəbər verir ki, Yeni üslubun yaradılması təşəbbüsü Rusiya Federasiyası Prezidentinin müşaviri Yelena Yampolskaya tərəfindən irəli sürülüb. Putin bu təşəbbüsü dəstəkləyib.
“Yeni rus üslubunun” formalaşması üçün vəzifələr aşağıdakılardır:
— Milli yönümlü vizual mühitin yaradılması;
— Rus dilinin həddən artıq latınlaşdırılmasına qarşı mübarizə, uşaqlar arasında məşhur olan Qərb mədəniyyətinin qəhrəmanları və personajları;
— Ənənəvi dəyərlərin vizual dil vasitəsilə ötürülməsi;
— Rusiyanın “zəngin mədəni irsə malik güclü müasir dövlət kimi” vahid imicinin formalaşdırılması.
Xuraman Etibarlı
İnterpress.az