Rusiyalı hərbçi Ukraynada səngərdə öz ayağını bıçaqla kəsib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Yakutiyanın Dağlı vilayətindən olan rus hərbçi Ukraynada döyüş zonasında səngərdə 17 gün qalıb və ayağını bıçaqla kəsməyə məcbur olub.
Yakutiyalı döyüşdə ayağından ağır yaralanıb və yoldaşları ilə birlikdə ukraynalı döyüşçülər tərəfindən səngərdə mühasirəyə düşüb.
Bir neçə gündən sonra yara kəskin şəkildə irinləməyə başlayıb və dəri həssaslığını itirib. Daha sonra döyüşçü ağrıkəsicinin son ampulasını özünə vurmaq və əzasını öz əli ilə kəsmək qərarına gəlib.
Onun səngər yoldaşları həmkarının prosedurdan sağ çıxa bilməyəcəyindən ehtiyat edərək ayağını kəsmək əməliyyatını həyata keçirməkdən imtina ediblər. O, ayağını özü kəsməli olub.
Xuraman Etibarlı
İnterpress.az