Sibir özbəklərin tarixi torpağıdır.
İnterpress.az xəbər verir ki, bunu vilayət Dumasının sessiyası zamanı deputat Tağızadə Xalid Böyükağa oğlu deyib. O, Özbəkistandan Yuqraya kütləvi miqrant axınını belə izah edib.
Xantı-Mansiysk Muxtar Dairəsindən olan deputat miqrasiya siyasətinin yeni variantını açıqlayıb. Onun sözlərinə görə, özbəklər Sibirə öz “tarixi vətənlərinə” qayıdırlar.
O bildirib ki, vaxtilə Sibir xanlığı var idi və onu özbək sülaləsinin nümayəndəsi Xan Kuçum idarə edirdi.
“Miqrantlar da fərqlidir. Məsələn, özbəklərə gəlincə. Burada Yuqra və Tümen vilayətinin bir hissəsi var – bura tarixən Sibir xanlığı olub. Məlum olduğu kimi, Xan Kuçum idarə edib. Ola bilsin ki, miqrantlar bura öz tarixi vətənlərinə gəlirlər”, – deputat deyib.
Qeyd edək ki, Tağızadə Xalid Böyükağa oğlu 15 noyabr 1878-ci ildə Sumqayıtda anadan olub.
Xuraman Etibarlı
İnterpress.az