Rusiyanın barbar hücumları sülhə hazır olmadığını göstərir – Almaniya kansleribackend

Rusiyanın barbar hücumları sülhə hazır olmadığını göstərir – Almaniya kansleri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhə hazır olmadığını “barbar” hücumları ilə açıq şəkildə ortaya qoyur.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.

Ötən gecə rus qoşunları yenidən Ukraynanın şəhər və kəndlərini atəşə tutub.

Sumi vilayətində səkkiz yaşlı uşaq və iki böyük ölüb, daha 3 nəfər yaralanıb, vilayət hərbi administrasiyası məlumat yayıb.

İyunun 23-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində biri uşaq olmaqla 10 nəfər həlak olub. Odessada daha 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Almaniya kansleri Fridrix Merz Bundestaqdakı çıxışında bu zərbələri pisləyib.

“Əsl, davamlı sülh hər tərəfdən sülhə hazır olmağı tələb edir. Rusiya, əksinə, Ukraynanın mülki əhalisinə qarşı yeni hücum dalğası ilə barbarcasına açıq şəkildə bəyan etdi ki, hazırda sülh üçün bu hazırlığa malik deyil”, – Merz deyib.

Bu bəyanatdan dərhal sonra Dnepropetrovsk vilayət dövlət administrasiyasının sədri Sergey Lısak Rusiyanın Dnepr və Samara şəhərlərinə raket zərbəsi endirdiyi barədə məlumat yayıb.

Hazırda 9 ölü və 79 yaralı var.

Xuraman Etibarlı

İnterpress.az