“Rusiyanın Krım və Donbassla bağlı mövqeyi dəyişməzdir” – Medinskibackend

“Rusiyanın Krım və Donbassla bağlı mövqeyi dəyişməzdir” – Medinski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna danışıqları videoformatda davam edir”.

İnterpress.az xəbər verir ki, bunu Rusiyanın nümayəndə heyətinin rəhbəri, prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski deyib.

“Biz danışıqları videokonfrans rejimində davam etdiririk. Krım və Donbassla bağlı mövqeyimiz dəyişməzdir”, – Medinski bildirib.

Çərşənbə axşamı İstanbulda Rusiya Federasiyası ilə Ukrayna arasında əyani danışıqlar raundu keçirilib. Görüş təxminən üç saat davam edib.