Rusiyaya gedən yapon deputat partiyasından xaric edilibbackend

Rusiyaya gedən yapon deputat partiyasından xaric edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada müxalifət cəbhəsi olan “Nippon Isin no Kai” (JIP) üzvü Muneo Suzuki Rusiyaya elan olunmamış səfərindən sonra partiyasından xaric edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məşvərət Şurasındakı JIP deputatlarından Muneo Suzukinin ötən həftə Rusiyaya səfəri və onun Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşü reaksiyaya səbəb olub.

Partiya daxilində Etika Komitəsinin açıqlamasında “intizamsız davranış” nümayiş etdirdiyi qeyd edilən Muneo JİP sədrinin qərarı ilə rəsmi olaraq partiyadan xaric edilib.

Qərarda bildirilir ki, Muneonun partiyaya əvvəlcədən xəbərdarlıq etmədən xaricə səfəri və bu səfər zamanı verdiyi mübahisəli açıqlamalar təsirli olub.

Səfərlə bağlı Rusiya mətbuatında dərc olunan görüntülərdə Muneonun Ukraynaya qarşı hücumlarda Rusiyanın qalib gələcəyinə yüz faiz əmin olduğu barədə fikirləri əksini tapıb.

75 yaşlı Muneonun səfəri 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna böhranından sonra Yaponiyadan olan bir millət vəkilinin Rusiyaya ilk səfəri olaraq qeydə alınıb.