RuTube Özbəkistanda bloklanıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlıumat yayıb.
Sayta daxil olan zaman istifadəçilər Nazirlər Kabinetinin 2018-ci il sentyabr tarixli qərarına əsasən informasiya resursunun məhdudlaşdırıldığını bildirən banner görürlər.
Qərarda bildirilir ki, sayt müharibə, zorakılıq və terrorizmin təbliği, milli, irqi, etnik və ya dini ədavəti qızışdıran məlumatları və s. yayarsa, bloklana bilər.
İstifadəçilər saytın əvvəllər əlçatmaz olduğunu, indi isə hamı üçün açılmadığını yazır. Özbəkistan rəsmiləri hələlik buna münasibət bildirməyiblər.
Xuraman Etibarlı
İnterpress.az