Saat 16:00-19:00 arasında bir stəkan şərab içmək maddələr mübadiləsini sürətləndirə, hətta piyləri yandırmağa kömək edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Mirror” yazır.
Mütəxəssisləri fikrincə, saat 16:00-19:00 arasında bir stəkan şərab içmək maddələr mübadiləsini sürətləndirə, hətta piyləri yandırmağa kömək edə bilər.
Bu zaman maddələr mübadiləsi ən aktiv şəkildə işləyir, bu da orqanizmə qida və içkiləri daha sürətli emal etməyə imkan verir.
Bununla belə, mütəxəssislər gecə gec saatlarda şərab içməmək barədə xəbərdarlıq edirlər.
Axşam saatlarında spirt istehlakı əzələlərin bərpası, hormonların tənzimlənməsi və normal metabolizm üçün zəruri olan REM yuxusunun vacib mərhələsini poza bilər.
Şərabın orta səviyyədə istehlakı metabolik proseslərə müsbət təsir göstərir.
Xuraman Etibarlı
İnterpress.az